Futbol üzrə İtaliya yığması ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, “Çelsi”nin futbolçusu Jorjinyo Frello zədələnib. Bu barədə millinin baş məşqçisi Roberto Mançini məlumat verib.

Təcrübəli mütəxəssis yarımmüdafiəçinin zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxacağını bildirib.

Qeyd edək ki, İtaliya DÇ-2022-nin seçmə mərhələsində martın 25-də Şimali İrlandiya, 28-də Bolqarıstan, 31-də isə Litva ilə qarşılaşacaq.