Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

Bu barədə Unikal.org-a  AFFA-ya istinadən xəbər verir.

Məlumata görə, yoldaşlıq oyunu Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra - iyunun 6-da təşkil olunacaq.