DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonası üzrə növbəti görüşlərinə start verilib.

Unikal.org xəbər verir ki, ilk turun ikinci oyun gününün açılış qarşılaşmalarında Bolqarıstan İsveçrəni, İsrail isə Danimarkanı qəbul edib. Hər iki matç qonaqların qələbəsi ilə yekunlaşıb.

C qrupunun görüşündə İsveçrə 3:1, F qrupunun qarşılaşmasında Danimarka 2:0 hesabı ilə qalib gəlib.