"Fənərbağça" klubunda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlər"də daha iki nəfərdə COVİD-19 virusu aşkarlanıb. Koronavirusa yoluxanların kimliyi açıqlanmasa da, onlardan birinin idarə heyətinin üzvü, digərinin isə texniki heyətdən olduğu bildirilir. Hər iki şəxs karantinə alınıb, müalicəsinə start verilib.

Qeyd edək ki, daha öncə İstanbul təmsilçisinin 5 futbolçusu koronavirusa yoluxmuşdu.