Bu gün keçiriləcək 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II tura start veriləcək.

Unikal.org xəbər verir ki, qarşılaşmalar A, E, G və H qruplarına təsadüf edəcək.

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxacağı A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya üz-üzə gələcək. İrlandiya - Lüksemburq oyununda isə tərəflər ilk xalı qazanmağa çalışacaq.

İlk turdan sonra analoji durumun yarandığı E qrupunda Çexiya və Belçika növbəti, Belarusla Estoniya ilk xal üçün qarşılaşacaq.

Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşəcək. Oyun İspaniyanın Malaqa şəhərində olacaq. Buna səbəb Norveçdə koronavirusla əlaqədar səfər məhdudiyyətləridir. G qrupunda Monteneqro - Cəbəllütariq və Niderland - Latviya matçları da keçiriləcək.

H qrupunda açılış oyunu ilk turu qələbə ilə başa vurmuş Rusiya və Sloveniya yığmaları arasında təşkil ediləcək. Eyni zamanda Xorvatiya Kipri, Slovakiya isə Maltanı sınağa çəkəcək.

DÇ-2022

Seçmə mərhələ

II tur, 27 mart

A qrupu

23:45. Serbiya - Portuqaliya

23:45. İrlandiya - Lüksemburq

Xal durumu: Serbiya - 3, Portuqaliya - 3, Lüksemburq - 0 (oyun keçirməyib), İrlandiya - 0, Azərbaycan - 0

E qrupu

21:00. Belarus - Estoniya

23:45. Çexiya - Belçika

Xal durumu: Çexiya - 3, Belçika - 3, Belarus - 0 (oyun keçirməyib), Uels - 0, Estoniya - 0

G qrupu

18:00. Monteneqro - Cəbəllütariq

21:00. Norveç - Türkiyə

21:00. Niderland - Latviya

Xal durumu: Norveç - 3, Türkiyə - 3, Monteneqro - 3, Latviya - 0, Niderland - 0, Cəbəllütariq - 0

H qrupu

18:00. Rusiya - Sloveniya

21:00. Xorvatiya - Kipr

23:45. Slovakiya - Malta

Xal durumu: Rusiya - 3, Sloveniya - 3, Slovakiya - 1, Kipr - 1, Xorvatiya - 0, Malta - 0.