Türkiyə Futbol Federasiyası (TFF) ölkənin milli futbol komandasının növbəti oyunu zamanı stadiona tamaşaçıların buraxılmayacağını bildirib.

Unikal.org xəbər verir ki, bu barədə qurumun səhiyyə idarəsi məlumat yayıb.

Qeyd edək ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “G” qrupu çərçivəsində baş tutacaq Türkiyə - Latviya oyunu martın 30-da keçiriləcək.

Xatırladaq ki, federasiyanın öncəki qərarında matçın izlənilməsi üçün stadiona onun ümumi tutumunun 15%-i qədər azarkeşin buraxılacağı bildirilir və matçda təxminən 11 min izləyicinin iştirakı gözlənilirdi.

Yeni qərarın ölkədə və dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsilə bağlı olduğu bildirilib.