“Dövriyyədə yeni əskinazlar var. Keçmiş pulların üzərində Azərbaycan xalqının nə qədər qədim xalq olduğunu əks etdirib. Ancaq 5 manatlıqda bir neçə rəmz çıxarılıb”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik nümayiş etdirdi: “Ən azı Azıx mağarasının yeni 5 manatıqda əksini tapması yaxşı olardı”.