"Fənərbağça"nın zədəli futbolçusu Məsut Özilin son durumuna aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi fərdi məşqlərə başlayıb. 22-ci turda "Antalyaspor"la oyunda xəsarət alan futbolçunun yaxın zamanlarda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, sol ayaq biləyindən zədələnən Özil "Konyaspor", "Gençlerbirliği" və "Beşiktaş"la oyunları buraxmışdı.