İngiltərənin “Çelsi” klubunun məşqində xoşagəlməz hadisə yaşanıb.

Unikal.org-un məlumatına görə, hazırlıq zamanı ispaniyalı qapıçı Kepa Arrisabalaqa və almaniyalı müdafiəçi Antonio Rudiger dalaşıb.

Bu səbəbdən baş məşqçi Tomas Tuxel almaniyalını məşqdən qovub. Birbaşa paltardəyişmə otağına yollanan Rudiger məşqdən sonra komanda yoldaşından üzr istəyib.

Qeyd edək ki, “Çelsi” Premyer Liqanın XXX turunda ötən həftəsonu öz meydanında “Vest Bromviç”ə 2:5 hesabı ilə məğlub olub.