Türkmənistanda Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, zəlzələnin episentri 87 min əhalisi olan Balkanabat şəhərindən 34 kilometr şimal-şərqdə qeydə alınıb.

Yeraltı təkanlar 20 kilometr dərinlikdə qeydə alınıb.

Hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.