"Çukur" serialının bu axşam yayımlanacaq bölümündə növbəti ayrılıq yaşanacaq.

Unikal.org xəbər verir ki, "Celasun" obrazına həyat verən aktyor Kubilay Aka ölərək ekran işinə vida edəcək.

Qeyd edək ki, yayda final edəcək olan serialın baş rolunu Aras Bulut İynəmli canlandırır.

Xatırladaq ki, Kubilay Akanın yeni serialı "Show" telekanalında yayımlanması planlaşdırılan "Camtavanlar" olacaq. O, ekran işində aktrisa Bensu Soralla tərəf müqabili olacaq.