Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 132 milyon 423 min 821 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 873 min 801 nəfərdir. İndiyədək 106 milyon 750 min 189 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.   

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 561 min 783 nəfər koronavirusa yoluxub, 8196 nəfər isə dünyasını dəyişib.