Yaponiyanın baş naziri Suqa Yoşihide koronavirusa qarşı vaksin vurdurub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu dəfə ikinci doza vaksin olunub.

Bildirilib ki, vaksin olunduqdan sonra səhhətində hər hansı dəyişiklik baş verməyib və özünü normal hiss edir.

Qeyd edək ki, S.Yoşihide 16 apreldə ABŞ prezidenti Co Baydenlə görüşəcək.