Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, sabiq məşqçi 56 yaşında vəfat edib.

Məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.