Ermənistanda erkən parlament seçkiləri ətrafında müzakirələr davam edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın hakim "Mənim addımım" blokunun proporsional siyahısı üzrə ilk adlar açıqlanıb.

Bu barədə "Hraparak" qəzeti material dərc edib. Belə ki, bir neçə gün öncə hakim blokun parlament fraksiyasının rəhbəri Lilit Makunts siyahının hələ hazır olmadığını bildirsə də, qəzet siyahıdan bir neçə ad dərc edib.

Seçki siyahısına baş nazir Nikol Paşinyan özü başçılıq edir. İlk on yerdə birbaşa Paşinyana yaxın olan isimlərin yer aldığı bildirilib. Ararat Mirzoyan, Lena Nazaryan, Sasun Mikaelyan kimi kadrların siyahıda olduğu deyilir.

Həmçinin sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın da 20 iyunda baş tutacaq erkən seçkilərə qatılacağı bildirilib.