Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığından danışıb.

Unikal.org xəbər verir ki, Paşinyan bu mövzuya "Interfax"a müsahibəsi zamanı toxunub.

Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə dərin və uzunmüddətli hərbi-texniki əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, bu məsələ hər iki ölkənin strateji maraqlarına uyğundur.

Ermənistan baş naziri həmçinin Rusiyadan "SU-30M" qırıcılarının idxal edilməsi barədə suala müsbət cavab verib və qırıcıları çoxfunksiyalı və müasir adlandırıb.