Ermənistan mətbuatında müxalif Daşnaksütun Partiyasının 20 iyunda keçiriləcək erkən parlament seçkilərində sabiq prezident Robert Koçaryanı dəstəkləyəcəyi barədə məlumatlar yayılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Hraparak" yazıb.

Bildirilir ki, partiya seçkilərə Koçaryanla birgə gedəcək və bu məqsədlə vahid seçki siyahısı yaradılır. Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyanın siyahıda Koçaryandan sonra ikinci yerdə olduğu bildirilib.

Qəzet yazır ki, partiyanın daxilində bu qərara qarşı çıxan qüvvələr də var. Onlar Paşinyanın hakimiyyətdə olduğu müddətdə təşkil olunan seçkilərdə iştirak etməyi və seçkiləri legitimləşdirməyi doğru qərar hesab etmirlər.