Britaniyalı kino və teatr aktyoru Pol Ritter 55 yaşında beyin xərçəngindən vəfat edib.

Unikal.org  xarici  KİV-ə istinadən xəbər verir ki, Ritter bu gün gecə evində vəfat edib.

Pol ilk filminə 1992-ci ildə çəkilib. O, "Çernobıl" serialındakı mühəndis Anatoli Dyatlov rolu ilə tamaşaçılara yaxından tanışdır. Həmçinin, “Harri Potter”, "Rembonun oğlu", "Doqquzuncu Legionun Qartalı" və digər filmlərdə rol alıb.