Tanınmış aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı statusuna münasibət bildirib.

Unikal.org-a açıqlama verən R.Ağasəfqızı yazdığı statusun Xalq artisti Rafiq Hüseynovla  (Rəmiş) bağlı olmadığını bildirib:

"Mən həmin statusda ad çəkməmişəm. Kim istəsə öz üzərinə götürə bilər. Mən statusumda Rəmişin adını çəkməmişəm. Şəxsi səhifəmdə heç kəsi təhqir etmədən, heç kəsin mənəviyyatına toxunmadan hər hansı fikrimi bölüşməyə ixtiyarım var. Kiminsə adını, soyadını yazsaydım insanların nəsə yazmağa ixtiyarı olardı. Qalmaqal yaratmaq istəyirlərsə, mənim adımdan istifadə etməsinlər. Mən ad çəkmədiyim nəyəsə görə, mənim statusumu müzakirə etməsinlər. Mənim Rəmişlə və onun həyat yoldaşı Güllü xanımla münasibətim yaxşı olub. Dəfələrlə verilişimdə olub. Münasibətimiz yaxşı olub".

Qeyd edək ki, aparıcı Rövşanə Ağasəfqızı “Sənətkar adam kimi adam deyilsə, ölümü də urvatsız olur” deyə status paylaşmışdı.

Famil Fərhadoğlu