Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub.
DİN-in Mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.