Hacıqabul rayonunun Birinci Udullu kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü və bitişik ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 0,5 m² sahədə yanıb.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Köməkçi tikilinin və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.