Bu gün Ermənistanın aidiyyəti qurumlarının Azərbaycanın Qarabağ ərazisində itkin düşən erməni hərbçilərin cəsədlərinin axtarışı heç bir nəticə verməyib.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, axtarış və xilasetmə əməliyyatı əvvəldən müəyyən edildiyi kimi ərazi üzrə həyata keçirilib.

Axtarışlar sabah Cəbrayıl rayonu istiqamətində davam etdiriləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsi bitdikdən sonrakı dövr ərzində 1529 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.