Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramına  “Tsinmin”(Təmiz aləm bayramı) həsr olunmuş "Çinin qədim dövlətləri" seriyasından - “Sun İmperiyası” növbəti tələbə elmi-tarixi seminar keçirilib. 

Universitetdən Unikal.org-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov  Çinin parçalanmasına son qoyan imperiyanın əsas tarixi mərhələlərindən danışıb. Seminarda çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Sun İmperiyasının mövcudluğunun və nailiyyətlərinin tarixi hadisələrindən, Tszin dövlətinə qarşı mübarizə və monqolların hücumu, iqtisadi islahatlar, metallurgiya istehsalının və Çin gəmiçiliyinin inkişafı, Qərbi Asiya və Orta Asiya müsəlman dövlətləri ilə ticarətin genişləndirilməsi kimi mühüm hadisələrdən danışıblar. 

Sonra Sun İmperiyasının ədəbiyyatı və incəsənəti haqqında diskussiya keçirilib, tələbələr Sun İmperiyasının tanınmış dövlət xadimi, "yeni siyasi kurs" ın müəllifi, şair Van Anşinin lirik şeirlərini də oxuyublar.