Ermənistanda “VETO” adlı ictimai-siyasi hərəkatın üvləri olan qadınlar polis dəhlizini yararaq Hökumət evinə hucum etməyə çalışırlar.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, hazırda hökumət evinin önündə qarşıdurma  başlayıb.

Bildirilir ki, erməni qadınları “Ayıb olsun” şüarı altında polislərdən ibarət canlı səddi yarmağa çalışırlar. Etiraz Aksiyasının iştirakçıları Hökumət evini yumurta atəşinə tutublar.

Məlumata əsasən, polislə qarşıdurma zamanı aksiyanın iştirakçılarından biri saxlanılıb.

*** 13:36

Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları Şarl Aznavur meydanından Hökumət evinin binasına gediblər.

Hərəkatın iştirakçıları Ermənistan hökumətini Qarabağ döyüşlərində ölənlər, yaralananlar, əsir düşənlər və itkin düşənlər barədə məlumatları gizlətməkdə ittiham edirlər.