Türkiyədə “NF-5” döyüş təyyarəsi qəzaya uğrayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konya əyalətinin Karatay rayonunda təlim uçuşu edərkən baş verib.

Bildirilib ki, pilot Burak Genççelebi hadisə zamanı şəhid olub.