Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 276 nəfər pandemiyanın qurbanı olub.

302 min 108 koronavirus testi aparılıb, onlardan 54 min 740-ı müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 604-dür.

Bu gün 34 min 503 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 194 min 978-ə çatıb.