“İnformasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”.

Unikal.org xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, qarşıda duran vəzifə informasiya və kommunikasiya sahəsində əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir: “Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib”.