Karantin məhdudiyyətləri və komendant saatı fonunda Parisdə restoranlardan birində təşkil edilmiş qanunsuz şənlikdə iştirak etdikləri üçün 110-dan çox insan cərimələnib.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Parisin hüquq-mühafizə orqanları tvitter səhifələrində məlumat verib.

Polis bütün qonaqların mövcud tibb-sağlamlıq tədbirlərinə əməl etmədiklərinə görə cərimələndiyini bildirib.

“Tədbirin təşkilatçısı və məkanın meneceri isə saxlanılıb”, - polisdən qeyd ediblər.

Qeyd edək ki, Fransada keçən ilin oktyabr ayının sonlarından bəri bar, kafe və restoranlar koronavirus epidemiyası səbəbindən bağlıdır. Karantin məhdudiyyətlərinin pozulmasına və maska taxmamağa görə cərimə 135 avrodur. Qanunsuz şənliklərin təşkilatçıları isə bir ilə qədər həbs cəzası və 15 min avro cərimə ilə üzləşə bilərlər.