Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon 2 min 865 nəfərə çatıb.

Unikal.org Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 4 min 310 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 25 min 6 nəfərdir. 902 min 239 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.