Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri davam edir.

Unikal.org xəbər verir ki, səfər iştirakçıları Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ərazinin tarixi, sonradan ermənilər tərəfindən dağıdılması barədə qonaqlara məlumat verib.