Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Co Baydenə müraciət edib.

Unikal.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, Ukrayna prezidenti ölkəsi ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. O, qeyd edib ki, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın daha çox pula, silaha və ən əsası, NATO-ya üzv olmaq üçün daha böyük dəstəyə ehtiyacı var.

“Əgər ABŞ bizi NATO-da görmək istəyirsə, bunu birbaşa deməli və sözlərinə əməl etməlidir”, - deyə Zelenski bildirib.