Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 675 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutkada 675 707 nəfər koronavirusa yoluxub, 11 746 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 135 646 617, ölənlərin isə 2 930 732 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.