Hərbi Qənimətlər Parkında sərgilənən Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin, eləcə də Azərbaycan əsgəri qarşısında əzilən erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb.

Unikal.org xəbər verir ki, o, hazırladığı bu maketlərlə bağlı "Xəzər Xəbər"ə danışıb.

Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb. Təxminən 30-a yaxın maketi hazırlamaq əziyyət tələb etsə də, bu işi görmək Rəşid Məhərrəmov üçün qürurverici olub.