"Bavariya" Erlinq Haalandın daha bir il "Borussiya"da qalacağından əmindir.

Unikal.org "Daily Mail"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 20 yaşlı ulduzun 2021-ci ilin yayınadək Dortmund klubunda qalacağına inanır. "Bavariya" müqaviləsindəki sərbəstqalma maddəsi gələn ildən işə düşəcək Haalandı Robert Levandovskinin xələfi kimi görür.

Qeyd edək ki, Erlinq Haalandın "Borussiya" ilə müqaviləsi 2024-cü ildə başa çatır. "Real" və "Mançester Siti" gənc hücumçunu bu yay heyətinə qatmağı planlaşdırır.