Kapital Bank və Amerika Banklar Assosiasiyasının (AmericanBankersAssociation) törəməsi olan BAFT (TheBankersAssociationforFinance and Trade), tərəfindən 13-14 aprel 2021-ci il tarixlərində “Müxbir Bankçılıq” adlı onlayn seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub.

Unikal.org xəbər verir ki, tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub. Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib.

Seminarın açılışına qatılan BAFT-ın prezidenti TodBurwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərinivurğulayıblar.

Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib.

Proqramı zamanı bu sahədəki yeni qlobal trendlərə, daxili və xarici maraqlı tərəflərlə işin təşkili, partnyorlarınseçilməsinin strategiya ilə uzlaşdırılması, gözləntilərin idarə edilməsi, bu prosesdəki potensial risklərin müəyyən edilməsi, banklar arasında əməkdaşlığın inkişafı və idarə edilməsi kimi mövzulara toxunulub. Proqramda həmçinin bu istiqamətdə İT, kiber-təhlükəsizlik və rəqəmsal məqamların da nəzərə alınması kimi mövzular əhatə olunub. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.