Qərbi Kaspi Univeritetinin Ekoloji Tədqiqat Mərkəzinin əməkdaşları Avropa İttifaqının təşkil etdiyi “Hidrogen, günəş, külək: Hansılar Avropanın enerji çevrilməsinə daha yaxşı töhfə verə bilər?” adlı tədbirdə iştirak ediblər.

Unikal.org xəbər verir ki, tədbirdə nəqliyyatda və sənayedə tullantıların necə azaldılması haqqında müzakirələr aparılıb, 2030-cu il üçün yeni iqlim hədəfləri, bərpa olunan yeni enerji mənbələri məsələləri nəzərdən keçirilib.