Twitter şəbəkəsinin fəaliyyətində nasazlıqlar bir sıra ölkələrdə müşahidə olunur.

Unikal.org-un məlumatına görə, bu barədə populyar İnternet mənbələrinin işini izləyən "Downdetector" servisi bildirib.

Ən çox şikayət ABŞ, Kanada, Yaponiya, İngiltərə və Almaniyadan gəlir.

Məlumata əsasən, ABŞ istifadəçilərinin 42 faizi veb-saytdakı fasilərdən şikayət edir, 30 faizi hesablarına daxil ola bilmir, digər 26 faizi isə iPhone və iPad tətbiqi ilə bağlı problemlərlə üzləşib.