Belarus prezidenti Aleksandr Lukaşenko onun övladlarına sui-qəsd hazırlayan qrupunun üzvlərinin yaxalandığını bildirib.

Bu barədə Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəlidir. Dövlət başçısı qeyd edib ki, Belarusun xüsusi xidmət orqanları onun övladlarına qarşı sui-qəsdin qarşısını almağa müvəffəq olublar.

Lukaşenkonun sözlərinə görə, cinayətkarlar əməliyyata uzun müddət hazırlıq görüblər, hətta oğurlayacaqları şəxsləri saxlamaq üçün xüsusi zirzəmi hazırlayıblar.

Belarus prezidentinin sözlərinə görə, sui-qəsddə Amerikanın xüsusi xidmət orqanlarının əli ola bilər.

"Biz qrupu yaxaladıq, onlar göstərdilər ki, bunların hamısın necə planlaşdırırdılar. Sonra biz (bu əməliyyatda-red) xarici xüsusi xidmət orqanlarının işini aşkarladıq, ehtimal ki, MKİ, FTB – bilmirəm, orada amerikalılardan kim işləyib. Biz onların Minskə gəlmək və prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik", - Lukaşenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, saxlanılanların uşağın (Lukaşenkonun övladlarının -red) ələ keçirilməsi planı varmış. Qrup üzvəri Homelsk əyalətində zirzəmi hazırlayıblar.

"Məni başqa şey təəccübləndirir. Niyə amerikalılar özlərini belə aparırlar? Prezidenti aradan götürmək məsələsi qoymaq, yadda saxlayın, ən yüksək siyasi rəhbərlikdən başqa buna heç kim razılıq verə bilmir. Yalnız onlar, başqa heç bir xüsusi xidmət orqanı", - Belarus prezidenti vurğulayıb.