ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində barlardan birində atışma olub. Hadisə nəticəsində ən azı üç nəfər ölüb, iki nəfər isə yaralanıb.

Unikal.org xəbər verir ki,bu barədə CNN yerli polis şerifinə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralılar ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Şübhəlinin yeri və hadisənin motivləri hələ müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları cinayəti araşdırır.