Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Unikal.org xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.