Rusiyanın məşhur NTV kanalında fəaliyyət göstərən Azərbaycan əsilli jurnalist İradə Zeynalovanın oğlu Teymur Samolyetovun toy fotoları yayımlanıb.

Unikal.org xəbr verir ki,  24 yaşlı Teymurun toyu aprelin 16-da olub və məclisdə yalnız ailə üzvləri iştirak edib.

Bildirək ki, Teymur Samolyetovun atası da jurnalist olub. Oğlunun atası ilə 20 il evli olan İradə xanım daha sonra hərbi jurnalist Aleksandr Yevstiqneyev ilə ailə həyatı qurublar. Aleksandr Yevstiqneyevin İradə Zeynalovadan on yaş kiçik olduğu qeyd olunur.