Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 530 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 292 250 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 250 180 nəfəri sağalıb, 3 436 nəfəri isə vəfat edib.