Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb.

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüşüb.     

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşlıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.