Tərtər rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Müstəqim Məmmədovun əmri ilə, Osmanov Şirin Güloğlan oğlu Tərtər RİH-nin başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, Ş.Osmanov bu təyinatadək Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Murad İbrahimli