ABŞ-ın Ohayo ştatında  polis 16 yaşlı afroamerikalı qızı öldürüb.

Unikal.org xəbər verir ki, yerli sakinlər hüquq-mühafizə orqanlarına müraciət edərək, bıçaqla silahlanmış qızın onlara hücumundan şikayətləniblər.

Hadisə yerinə gələn polis zabiti qızı güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.