Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 680 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 221 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 366 890, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı908 672, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 458 218 təşkil edir.