Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir. 

Unikal.org erməni  KİV-ə istinadən xəbər verir ki,  bu barədə Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Şarmazanov  Paşinyanın Sünik (Zəngəzur - red.) bölgəsinə səfəri və orada baş verən hadisələrə münasibət bildirib. 

"Sünik (Zəngəzur -red.) sakinləri öz təhlükəsizliklərinə bir təhdid hiss edirlər, ona görə də Paşinyanın bölgəyə səfərinə bu şəkildə  reaksiya verirlər. Ancaq anlamalıyıq ki, Sünikin problemləri yalnız bu bölgənin sakinlərini deyil, həm də bütün erməni xalqını narahat edir. Əgər sussaq,Qarabağı itirdiyimiz kimi Süniki də itirəcəyik".