Gürcüstanda son sutkada daha 1 226 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 688 nəfər müalicə olunaraq sağalıb, 10 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 300 264-ə çatıb. Onların 283 557-si sağalıb, 3 981-i isə dünyasını dəyişib.

Son 24 saat ərzində yeni yoluxma hallarının aşkarlanması üçün 27 995 test yoxlaması aparılıb.