Rusiyada son sutkada daha 8 996 nəfər COVID-19-a yoluxub.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 736 121 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 397 nəfər artaraq 107 103-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 361 807 nəfər sağalıb.