"Google"  "Yer kürəsi günü" üçün xüsusi bir logo hazırlayıb. 

Unikal.org  xəbər verir ki, ana səhifəni ziyarət edənlər "Yer kürəsi günü" üçün hazırlanmış musiqi illüstrasiyası ilə qarşılaşır. 

Qeyd edək ki, "Yer kürəsi günü" ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub.  20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib.